• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Kamalın davranışı hüquqi və etik baxımdan ciddi pozuntudur - Ekspert şərhi

Zaur Kamalın davranışı hüquqi və etik baxımdan ciddi pozuntudur - Ekspert şərhi
30.06.2022 18:51
Aparıcı Zaur Kamalın iranlı müğənni Afşin Azərini efirdən qovması həm hüquqi baxımdan, həm də etik baxımdan ciddi pozuntudur. Bu səbəbdən verilişi dayandırılıb, kanal cəzalandırılmalıdır. Bu fikirləri media eksperti, hüquqşünas Ələsgər Məmmədli özünün 'Facebook" hesabında  yazıb. Audiovizual Şura isə artıq insident zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib. 

"Hüquqi baxımdan pozuntudur, ona görə ki, Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların o cümlədən audiovizual yayımçıların heç kimin  şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir.  Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə "aparıcının” məsuliyyəti yox, həm də onun efirə buraxan ARB  televiziyasının məsuliyyəti vurğulanır", ekspert deyib.

Məmmədli vurğulayır ki, bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır.

"Media Qanunun 47.1.5. maddəsi  audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir.  Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə "məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq edtdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır", - o qeyd edib.
 
Ekspertin sözlərinə görə, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir. Ələsgər Məmmədli vurğulayıb ki, Media Reyestrinin yaradılmasına start verilməsi ləngisə də qanunun pozuntusu faktı qeydə alınmalıdır, çünki, qanun qüvvədədir.

"Məsələnin etik tərəfinə gəldikdə, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsi jurnalistə adamları… yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Halbuki, efirdə "aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır. Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır", - ekspert əlavə edib.

Xatırlatma - Aparıcı Zaur Kamal iranlı müğənni Afşin Azərini efirdən qovub. Hadisə ARB TV-də yayımlanan "Həmin Zaur” verilişində baş verib. 

Afşin aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız” sözlərinə cavab olaraq, "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, - deyə əlavə edib. Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam” deyib.

Daha sonra aparıcı və müğənni arasında gərginlik yaranıb. Azərin Zaur Kamalın bəhs etdiyi söhbəti xatırlamadığını bildirərək "İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar” deyib.

Bu sözlərdən sonra Zaur Kamal "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, müğənnini efirdən qovub. 

Reklamlandan sonra Zaur məsələ barədə açıqlama verərək "Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar”, - qeyd edib.

Sosial şəbəkə izləyiciləri isə Zaurunun bu hərəkətini sərt tənqid edərək onun ünvanına "Sənə ayıb olsun, adam qonağı qovmaz”, "Kişi olsaydın arxada deyilən sözə arxada cavab verərdin. Çıxıb efirdə şou etməzdin”, "Zaur, utan yerə gir”, "Heç düz hərəkət etmədin, biz o müğənnini tanıyırıq və çox sevirik” kimi şərhlər yazılıb.

Efirdə baş verən hadisə ilə bağlı açıqlama verən ARB telekanalının mətbuat katibi  Mail Əsgərov  məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. 

 "Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə  mətbuata çatdırılacaq", - mətbuat katibi vurğulayıb.
 
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, Zaur Kamalın efirdəki son davranışı ilə bağlı ölçü götürüləcək.

"Efirin öz şərtləri və mədəniyyəti var. Televiziya auditoriyaya ən çox nüfuz edən kommunikasiya vasitələrindən biridir. Bunları nəzərə alaraq efirin konkret standartları müəyyənləşib. Bu isə bizim qanunverici işlərlə tənzimlənir. Efirdə gedən verilişlərə nəzarət edən, monitorinq aparan Audiovizual Şura var. Şuranın işində isə son zamanlar kifayət qədər yeniliklər olub və görürük ki, təşkilat  bütün televiziyaları diqqətlə monitorinq edib, adekvat addımlar atır. Odur ki, Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir. Audiovizual Şura bu məsələ ilə bağlı xəbərdaredici addımlar atacaq", - o deyib.

Ləman Qasımova 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol