• $
  • €
  • ₽
  • ₺
  • £

79 nəfərin diplomu tanınmayıb - SƏBƏB

79 nəfərin diplomu tanınmayıb - SƏBƏB
01.07.2022 18:05
2022-ci ilin iyununda 79 nəfərin diplom tanınması ilə bağlı  müraciəti isə mənfi qərarla yekunlaşıb, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. 

İyun üzrə 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17 nəfərə mənfi cavab verilib. Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə də 16, digər səbəblər üzrə isə  11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Agentliyin məlumatına görə, Rusiya Federasiyasından 88, Türkiyə Respublikasından 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb.

Xaricdə təhsil alanların diplomları başqa hansı səbəbdən tanınmaya bilər?
 
Kamran Əsədov bildirir ki, əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. 

"Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur. Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığından olur", ekspert bildirdi.
 
Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyur. 

Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol