Şuşada Polis günü

2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları yerinə yetirirlər.
Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olundu.
www.anews.az
























