Dövlət Xidmətindən satınalmalardakı pozuntularla bağlı Baş Prokurorluğa MÜRACİƏT

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Bu barədə qurum məlumat yayıb.
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən "Standart TT 2022”, "Business Connection” və "Furniture Art” MMC-lərə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























