• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Bayramı qabağı 42 heyvan satışı məntəqəsi - LƏĞV EDİLİB

Qurban Bayramı qabağı 42 heyvan satışı məntəqəsi - LƏĞV EDİLİB
08.07.2022 12:29
Qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib. Həmin məntəqələrdən 32-ü Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda aşkarlanıb, bunu AQTA-nın mətbuat katibi Aysel Fərziyeva brifinqdə deyib.
 

"Qurban bayramına hazırlıq məqsədilə indiyədək AQTA tərəfindən kəsim və satış məntəqələrinin, eləcə də ticarət şəbəkələrinin rəhbərlərinə Qurban bayramında heyvan kəsimi və satışı tələblərini əks etdirən təlimatlar göndərilib. Habelə, prosesin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsi ilə bağlı rəsmi məktublar ünvanlanıb",- qurumun sözçüsü əlavə edib.

O bildirib ki, müəyyənləşdirilən yerlərdən kənarda, qanunsuz heyvan satışının qarşısını almaq üçün aidiyyəti qurumlar- AQTA, DİN, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri tərəfindən Qurban bayramı ərəfəsində monitorinqlər həyata keçirilir. Hazırda AQTA əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və həmin qruplar respublika üzrə qanunsuz qurbanlıq heyvan satışının qarşısını almaq məqsədilə mütəmadi monitorinqlər aparır.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol