• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın prezidenti Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
08.07.2022 15:25
AZAL-ın prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşü zamanı iki ölkə arasında mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Bu barədə "Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, səfirlə görüşdə Cahangir Əsgərov ölkələrimiz arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.


Onun sözlərinə görə, Azərbaycanla Qətər arasında hava əlaqəsi iki ölkənin turizm potensialının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı çərçivəsində mühüm rol oynayır.
 
"Hazırda "Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə yeddi reys həyata keçirir. Həmçinin cari ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir”, - deyə Cahangir Əsgərov qeyd edib.
 
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol