• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavənddə yeni hərbi hissə açıldı - VİDEO

Xocavənddə yeni hərbi hissə açıldı - VİDEO
09.07.2022 12:00
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissənin açılışını edib. Bu barədə MN-dən bildirilib.
 
"Döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə inşa edilmiş hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib"- Nazirlikdən deyilib.
 
Müdafiə nazirinə məruzə edilib ki, bütün xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
 
Hərbi hissəyə baxış keçirildikdən sonra müdafiə naziri şəxsi heyətin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.
 
Sonra Qurban bayramı münasibətilə şəxsi heyət üçün konsert proqramı təşkil edilib.
 
"Şəxsi heyət qarşısında çıxış edən general-polkovnik Həsənov Ali Baş Komandanın Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı zamanı Azərbaycan Ordusuna bir daha yüksək qiymət verdiyini diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğruldulması üçün üzərimizə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edən nazir şəxsi heyəti yeni hərbi hissənin istifadəyə verilməsi və Qurban bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. Hər il olduğu kimi, bu il də şəxsi heyət üçün qurbanlıqlar kəsilib. Sonda müdafiə naziri general-polkovnik Həsənov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı EHüseynovla birgə hərbi hissənin ərazisində ordu və xalq birliyinin göstəricisi kimi həmişəyaşıl uzunömürlü ağaclar əkiblər", - qurumdan bildirilib.
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol