• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bahalı avtomobil qəzası

Bakıda bahalı avtomobil qəzası
21.04.2014 09:18
Gecə Bakının Nəsimi rayonunda 5 minik maşının toqquşması ilə nəticələnən qəza baş verib. Avtoqəza zamanı Mirzağa Əliyev küçəsi ilə hərəkət edərkən “Toyota” markalı minik maşını yolun sağ tərəfi ilə hərəkət edən “Mercedes” markalı minik maşınını vurub. Daha sonra “Mercedes” markalı minik maşını prospektin sağ tərəfində dayanan “BMW” və “Hyundai” markalı minik maşınlarına çırpılıb. “Toyota” markalı avtomobilin sürəti yüksək olduğundan idarə etməni itirən sürcü yolun sol tərəfindəki dəmir arakəsməni qıraraq Şəmsi Bədəlbəyli küçəsinə keçib. Bu dəfə “Toyota”nın zərbəsinə tuş gələn isə başqa bir “Mercedes” markalı minik maşını olub. Hadisə zamanı xəsarət alan olmayıb. Ətrafda olan şahidlərin sözlərinə görə qəzanı törədən “Toyota”nın sürücüsü hadisə zamanı sərxoş vəziyyətdə olub.Hadisədən sonra qəzaya səbəb olan sürücü avtomaşının dövlət qeydiyyat nişanlarının da açaraq ərazidən uzaqlaşıb. Qəza zamanı yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Hadisə yerində olan Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları isə ərazidə araşdırma aparıblar. Hazırda qəzanı törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində axtarışlar davam etdirilir.//Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol