• $
  • €
  • ₽
  • ₺
  • £

Sabunçuda 60 nəfər narkotacir tutuldu- VİDEO

Sabunçuda 60 nəfər narkotacir tutuldu- VİDEO
14.07.2022 12:41
Sabunçu rayonunda son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 60 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 4 tona yaxın kultivasiya edilmiş çətənə kolu, eləcə də külli miqdarda digər növdən olan narkotik vasitələr çıxarılıb. Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 1 ay ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 60 nəfər saxlanılıb. Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı özünə məxsus həyətdə aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə kolları yetişdirən Firuddin Babayev tutularaq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilib. Onun həyətindən ümumi çəkisi 3 ton 500 kiloqram olan 15 min 367 ədəd çətənə kolu aşkar edilib. Maştağa qəsəbəsində keçirilən digər əməliyyatlar zamanı narkotiklərin kultivasiyası ilə məşğul olan əlavə 6 nəfər saxlanıb. Həmin şəxslərdən isə çəkisi 500 kiloqram olan 17 min ədəd çətənə kolu aşkar edilib.
 
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan digər şəxslərdən isə ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 38-i barəsində məhkəmə tərəfindən həbs, 22-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol