Bakıda avtobus yanıb

Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
www.anews.az
























