• $
  • €
  • ₽
  • ₺
  • £

Laçına yeni elektrik xətti çəkildi - VİDEO

Laçına yeni elektrik xətti çəkildi - VİDEO
21.07.2022 14:37
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq "Azərişıq” ASC işğaldan azad olunmuş Laçın rayonu ərazisində genişmiqyaslı işləri davam etdirir.
 
"Azərişıq” ASC- dən Modern.az-a verilən məlumata görə, "Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izoliyasiyalı naqildən istifadə edilib.
 
Güləbird ərazisindən Laçın dəhlizi istiqamətdə mövcud hava xətti isə bərpa olunub. Bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib.
 
Laçın dəhlizi ərazisindən Minkənd kəndi istiqamətində 29 km 35 kV-luq hava xətti çəkilib. 17 km-lik 35 kV-luq "Bozlu-Pircahan” hava xəttinin tikintisi yekunlaşdırılıb. Hazırda Laçın dəhlizi daxilində 10 km uzunluğunda 35 kV-luq kabel xətti çəkilir. Görülən işlər nəticəsində Laçın rayonunun istənilən ərazisini elektrik enerjisi ilə təchiz etmək mümkündür.
 
Planda 5 istiqamət üzrə 35 kv-luq elektrik veriliş xətlərinin çəkilişi nəzərdə tutulub. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol