• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən daha bir əməliyyat - FOTOLAR

DİN-dən daha bir əməliyyat - FOTOLAR
19.04.2014 13:42
Daxili İşlər Orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.Bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik maddə gətirməsi və satmaq istəməsi barədə polisə məlumat daxil olub. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları dərhal əməliyyat axtarış tədbirlərinə başlayıb. İran İslam Respublikasının vətəndaşları 41 yaşlı Adil Nazimi və 36 yaşlı Rza Səidi şübhəli şəxs qismində saxlanılıblar. Onlardan xüsusi bağlamalarda ümumi çəkisi 23 kiloqram olan tiryək, 1 ədəd gecəgörmə cihazı, kəlbətin, əlcək və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf edərək bildiriblər ki, narkotik maddəni ölkəmizə satmaq məqsədi ilə gətiriblər. İstintaqla müəyyən edilib ki, 23 kiloqram tiryək 30 min Amerika dollarına satılmalı imiş.Gecə saatlarında qaçaqmalçılıq yolu ilə ölkəmizə gələn Adil Nazimi ilə Rza Səidi narkotik maddəni gizlədərək əvvəlcədən tapdıqları müştərini gözləyiblər. Bu zaman əməliyyata başlayan polis əməkdaşları onları ələ keçiriblər.Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol