II Qarabağ müharibəsi iştirakçısı mətbuat katibi təyin edildi

Polkovnik-leytenant Aftandil AbbasovDÖvlət Sərhəd Xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Qafqazinfo saytı məlumat verir.
Aftandil Abbasov İkinci Qarabağ müharibəsi iştirakçısıdır və 2021-ci ildə "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.
İndiyədək bu vəzifəni Maya Şərifova icra edirdi.
www.anews.az
























