Ombudsman Aparatına daxil olan müraciətlərin sayı açıqlanıb

2021-ci ildə əmək hüququ ilə bağlı Ombudsman Aparatına 1532 müraciət daxil olub. Onlardan 26 faizinin icrası təmin edib. Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə çıxışı zamanı deyib.
Ötən il əmək hüququnun pozulması ilə bağlı ombudsmana 1582 müraciət olub.
Ləman Qasımova
www.anews.az
























