• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hotellərdə gecələmələrin sayı AÇIQLANIB

Azərbaycanda hotellərdə gecələmələrin sayı AÇIQLANIB
26.07.2022 16:24
2022-ci ilin yanvar-iyununda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8%  artaraq 1027 min təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb.

6 aylıq gecələmələrin 55,1 %-i Bakıda, 6,8 %-i Qəbələdə, 6,8 %-i Qubada, 5,5 %-i Qusarda, 5,5 %-i Şabranda, 3,3 %-i Lənkəranda, 3,0 %-i Naftalanda, 2,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,3 %-i Xaçmazda, 1,1 %-i Şamaxıda, 0,9 %-i Şuşada və 8,5 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Komitənin məlumatına görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49 %-ni təşkil edib.
 
Gecələmələrin 11,9 %-i Səudiyyə Ərəbistanı, 11,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 11,5 %-i Türkiyə, 10,7 %-i Rusiya, 4,4 %-i Böyük Britaniya, 3,9 %-i Küveyt, 3,8 %-i İsrail, 3,5 %-i Hindistan, 3,0 %-i ABŞ, 1,9 %-i Pakistan, 1,9 %-i Qazaxıstan, 1,7 %-i Almaniya, 1,5 %-i İtaliya, 1,4 %-i Gürcüstan, 1,4 %-i Qətər, 1,2 %-i İran, 0,9 %-i Özbəkistan, 0,8 %-i Niderland, 0,7 %-i Ukrayna, 0,6 %-i Fransa, 21,8 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9 %-i Bakıda, 6,2 %-i Qəbələdə, 4,5 %-i Qusarda, 3,1 %-i Qubada, 2,3 %-i Naftalanda, 1,1 %-i Şabranda, 0,7 %-i Naxçıvan MR-da, 2,2 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 523,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 51 %-ni təşkil edib.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol