• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,4 faiz artıb

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,4 faiz artıb
28.07.2022 12:40
2022 ilin ilk altı ayında hər nəfərə düşən ÜDM 5,9 faiz artdığı halda, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,4 faiz artıb. Bunu prezident İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə vurğulanıb.
 
Hətta inflyasiyanı da nəzərə alanda aydın görmək olur ki, əhalinin real gəlirləri iqtisadi artım tempini üstələyir. Deməli, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır. Bunun nəticəsidir ki, 2018-2022-ci illərdə əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib. Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də odur ki, median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır.
 
2018-2022-ci illərdə orta əməkhaqqı 41 faiz, median əməkhaqqı 86 faiz, minimum əməkhaqqı isə 2,3 dəfə artıb. Buradan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqqıları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması, digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir. Təkcə əməkhaqqı deyil, həm də sosial ödənişlərdə artım əhalinin daha çox qayğıya ehtiyacı olan kəsiminə hədəflənib. Belə ki, son dörd ildə minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz, sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb. Sosial siyasətdə diqqət yetiriləsi daha bir məqam şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsidir. Bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillə təminatı, məşğulluq, sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb edilməsi istiqamətində böyük işlər görülmüşdür.

Aşağı neft qiymətləri və ticarət tərəfdaşlarımızda resessiya səbəbindən 2015-ci ildə baş vermiş böhrandan çıxdıqdan sonra və 2018-ci ildə iqtisadi artım bərpa edildikdən bəri üç sosial islahat paketi dörd milyon vətəndaşımızı əhatə edib. Onlar üçün illik 6 milyard manat əlavə dövlət vəsaiti ayrılıb.
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol