• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda seyid azyaşlı oğlanlara təcavüz etdi

Azərbaycanda seyid azyaşlı oğlanlara təcavüz etdi
28.07.2022 16:03
Ucarda azyaşlı oğlanlarla cinsi əlaqədə olan şəxs həbs edilib.
 
Ucar rayon Polis Şöbəsindən verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

 1971-ci il təvəllüdlü Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir. 

İstintaq işləri yekunlaşana qədər o, Şəkidə yerləşən həbsxanada qalacaq. 

 Ceyhun Ağayev Ucarda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Elnur Rəhimov açıqlamasında bildirib ki,  sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib.
 
"Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün, Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur.

Bizdə iki qurumun kamerası var - Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. O kameralara da sözügedən qurumlar nəzarət edir. Bizim özümüzün şəxsi kameramız yoxdur. İndi bu məsələdə məsciddin adı hallanır, lakin o, son zamanlar məscidə nadir hallarda gəlirdi". 
 
Bildirək ki, 51 yaşlı Ceyhun Ağayev 2 dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var.(Unikal.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol