• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalı sakinlərinə gündəlik “Respublika” qəzeti göndəriləcək

Ağalı sakinlərinə gündəlik “Respublika” qəzeti göndəriləcək
29.07.2022 12:46
Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə gündəlik "Respublika” qəzeti göndəriləcək. Qəzet sakinlərə pulsuz paylanılacaq. Bu barədə qəzetin redaksiyasından məlumat verilib.

Bildirilib ki, dövlət himayəsində olan insanların yaşadığı sosial-müdafiə yönümlü müəssisələrə, hərbi hissələrə, vaxtilə çadır şəhərciklərində yaşayan qaçqın, məcburi köçkün soydaşlarımıza qəzet mütəmadi şəkildə təmənnasız çatdırılır.

"İndi Böyük Qayıdışın ilk addımları atılıb, "ağıllı kənd” konsepsiyası çərçivəsində Zəngilan rayonu Ağalı kəndinin sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb. Orada həyat yavaş-yavaş öz məcrasına düşür. İlkin mərhələdə 41 ailə köçürülüb. Normal yaşamaq üçün hər cür şərait yaradılan Ağalı kəndinin sakinlərinin hər birinin qapısını indi səhərlər şərəfli peşə sahibləri, poçtalyonlarımız da qürurla döyəcək.
 
Avqustun 1-dən etibarən bu sakinlərin hər səhəri "Respublika” qəzetinin yeni sayı ilə başlayacaq. Belə ki, ənənəyə sadiq qalaraq redaksiyanın təşəbbüsü ilə 41 nüsxə "Respublika” qəzeti hər gün Ağalıya göndəriləcək. Sonrakı mərhələlərdə sakinlərin sayına mütənasib olaraq qəzetin sayının artırılacağı nəzərdə tutulur", redaksiyadan bildirilib.
 
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi baş tutub. 

İşğala qədər Ağalı inzibati ərazisi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində "Ağıllı kənd” konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Rəsmi məlumatlara görə, hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfərdir.

Aytac



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol