Bərdədə qadın ərini qətlə yetirdi

Bərdədə qadın həyat yoldaşını qətlə yetirib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ilk olaraq Nurlan Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.
www.anews.az
























