• $
  • €
  • ₽
  • ₺
  • £

ASAP Forum 2022-nin bağlanış mərasimi keçirilib

ASAP Forum 2022-nin bağlanış mərasimi keçirilib
01.08.2022 09:52
İyulun 31-də Bakıda Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə "ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib.

Forumun sonuncu gününə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov  tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

 Bağlanış mərasimində  çıxış edən  Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva forumun keçirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, gənclərimiz dövlət tərəfindən dəstəklənən və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsillə bağlı gənclər proqramından yararlanırlar. Bundan başqa, dövlətimizin başçısının Sərəncamı ilə iyulun 22-də "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Bu strategiyada da gənclərlə bağlı məsələlər öz əksini tapıb.

 Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov forum çərçivəsində keçirilən  tədbirlər, panel müzakirələri və karyera sərgisinin gənclərə qazandırdığı üstünlüklərdən danışıb. Qeyd edib ki, forum xaricdə təhsil almış və məzun olmuş gənclərin formalaşmasında və onların şəbəkələşməsində mühüm rola malikdir. Forum çərçivəsində keçirilən karyera sərgisi gənclərimizə yeni iş və karyera imkanları yaradıb.

Daha sonra Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının(ASAP) İdarə Heyətinin üzvü Bəxtiyar İslamov, Köln universitenin tələbəsi Nəzrin Əliyeva, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəetməsi və Xalq Təsərrüfatı Akademiyasının məzunu Müseyib Həyat və yekun nitqi səsləndirən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli çıxış edib.

Bildirilib ki, regionlar üzrə qruplara bölünən gənclərin  yaşadıqları ölkələrin problemləri, çətinlikləri dinlənilib və gənclərin sosial aktivliyini artıracaq layihə təklifləri edilib. Qruplar üzrə 10 layihənin təqdimatı keçirilib. Forum çərçivəsində xarici universitetlərdən məzun olmuş ekspertlər tərəfindən müxtəlif mövzularda  panel  müzakirələr və gənclərin şəbəkələşməsini təmin etmək məqsədilə müxtəlif şəbəkələşmə oyunları keçirilib.

28-31 iyul tarixlərini əhatə edən və 23 ölkədən 300-dən çox gəncin iştirakı ilə keçirilən Forumun əsas məqsədi gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həllər təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir.










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol