• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” yeni layihəyə start verdi

“Azercell” yeni layihəyə start verdi
02.08.2022 11:17
Abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan "Azercell” ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verdi.

Bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın quraşdırılması və 1600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3200-ü ötəcək.

Layihənin icrası nəticəsində "Azercell”in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq! Bu da, öz növbəsində, abunəçiləri yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar, video zənglər və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək.
"Azercell”in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil infrastrukturu qurmağa müvəffəq olan "Azercell”, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib. Qeyd olunan rayonlarda "Azercell” artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.

Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib. "Azercell” öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda, "Azercell” aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol