• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda qadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

İsmayıllıda qadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb
03.08.2022 20:00
İsmayıllıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Əhmədlinin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin edilib.


Hadisə bu ilin fevralında İsmayıllı rayonunun Basqal qəsəbə tam orta məktəbin həyətində qeydə alınıb.


Belə ki, 1997-ci il təvəllüdlü B.Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı iş yoldaşı olan Gülarə Qəhrəmanovanı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan qadın çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.


Bəxtiyar Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol