• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə hamilə qadın döyüldü - DİN-dən AÇIQLAMA

Mingəçevirdə hamilə qadın döyüldü - DİN-dən AÇIQLAMA
04.08.2022 12:31
Mingəçevirdə qadın sevgilisi tərəfindən döyülüb. Hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib. 

Belə ki, Yevlax sakini, 1992-ci il təvəllüdlü Rəqsanə İsmayılova ilə qeyri-rəsmi münasibətdə olan Ağdam sakini, 2000-ci il təvəllüdlü C.Mustafayev arasında qısqanclıq zəminində kirayədə yaşadığı evdə mübahisə yaşanıb. Mübahisə zəminində C.Mustafayev qadını döyüb. Qadın xəstəxanaya müraciət edib.
İlkin məlumata görə, onun hamilə olduğu deyilir. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, tərəflər Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub.

"Hazırda Təhqiqat Bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Qadının döyülərək küçəyə atılması barədə yayılan məlumatlar əsassızdır”.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, avqustun 4- də  saat 08:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə 1992-ci il təvəllüdlü qadın gətirilib.
 
"Qadın bədəninin müxtəlif növ nahiyələrinin qapalı travması diaqnozu ilə xəstəxananın Təcili  Tibbi Yardım Bölməsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Rentgen və ultrasəs müayinələrdən (USM) keçirilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb”.(Oxu.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol