• $
  • €
  • ₽
  • ₺
  • £

Əl Həbib Azərbaycan hökumətini tənqid edib

Əl Həbib Azərbaycan hökumətini tənqid edib
05.08.2022 15:51
Londonun mərkəzində Azərbaycan səfirliyinə basqın edən səkkiz nəfər sərhədi pozmaqda və cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. Bu barədə İngiltərənin məşhur Mail Online dərgisi yazır. 

London polisi videoyazı əsasında qərargahları Kensinqtonda yerləşən Mehdi nökərləri İttifaqından olan bir neçə şəxsin şəxsiyyətini müəyyən edib və onların bu axşam həbs edildiklərini təsdiqləyib. 

Tvitterdə yer alan bir sıra videoyazılardan onların özlərinə xas mavi bayrağı yellədikləri və ağ boya ilə divara ərəbcə mesajlar yazdıqları bilinir. 
 


Azərbaycan bayrağını öz bayraqları ilə əvəz etməzdən əvvəl üzlərini baş geyimləri ilə örtməyə çalışan bu şəxslər səfirliyin həyətinə aşağıda toplaşan kütləyə mesajlar səsləndiriblər.

Videolardan birində görünürki Kensinqton Kort ərazisi mühasirəyə alınıb, dəbilqə və qalxanlarla silahlanmış polislər binanın içinə girməyə hazırlaşır. 

MailOnline dərgisi hadisə ilə bağlı məlumat almaq üçün  şiə müsəlmanları təşkilatı sayılan Mehdi nökərləri İttifaqının rəhbəri Yasir əl-Həbiblə əlaqə saxlamağa cəhd edib. 

Etirazın nə ilə bitdiyi dərhal bəlli olmayıb, lakin Əl Həbibin qrupu açıq şəkildə Azərbaycan hökumətini müsəlmanlara sıxışdırdığına görə tənqid edib. 

Keçmiş SSRİ ölkəsi olmuş Azərbaycan dünyada əhalisinin çox hissəsi müsəlman olan dünyavi ölkə kimi tanınır. Azərbaycan hökuməti fəal şəkildə qadınları çadra gəzdirməkdən çəkindirməyə çalışır. 

Met Police sözçüsü MailOnline-a bildirib ki, "Azərbaycanın Kensinqtonda yerləşən  səfirliyindən polisə  cümə axşamı təxminən saat 16.30-da məlumat daxil olub. Polisə etirazçıların binaya daxil olduğunu bildiriblər. 
 


"Polis əməkdaşları hadisə yerində olub və hadisə törədənlərə qarşı tədbir görüblər. Səkkiz nəfər qanunsuz binaya daxil olmaqda və zərər yetirmədə şübhəli bilinərək saxlanılıb".

Hüquq mühafizə orqanları  xəsarət alanlar barədə məlumatın olmadığını və 'araşdırmanın davam etdiyini bildirir". 
 


43 yaşlı Əl Həbibin adı  iyunda  onun "Cənnətin xanımı" filminin nümayişi müsəlman icmasının etirazlarından sonra Böyük Britaniyanın iki kinoteatr şəbəkəsi tərəfindən ləğv edildikdən sonra qəzetlərin sərkövhələrində görünməyə başlayıb. 
 
Məhluqə Tağıyeva
Fotolar MailOnline dərgisinə məxsusdur
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol