• $
  • €
  • ₽
  • ₺
  • £

Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb
09.08.2022 12:02
Şimaldan gələn soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşahidə olunur. Bunu  açıqlamasında Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkənin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb: "Bəzi rayonlarda isə yağıntılar intensiv xarakterli olub. Qərb rayonlarına dolu düşüb. Avqustun 8 günü ərzində 6 gün temperatur iqlim normasından yüksək, iki gün isə iqlim normasından aşağı olub.

Qeyri-sabit hava şəraiti bu gün, avqustun 9-u gündüz saatlarına qədər davam edəcək, yağıntılar tədricən kəsiləcək. Avqustun 10-dan başlayaraq, ikinci ongünlüyün ortalarınadək yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Zəif şərq istiqamətli külək əsəcək.

Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Eləcə də, Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-qərb küləyi müşahidə olunur. Sabahdan paytaxtda da yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun bugünlərlə müqayisədə tədricən yüksələrək 37 dərəcəyə çatacağı gözlənilir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol