• $
  • €
  • ₽
  • ₺
  • £

Aztəminatlı ailələrə yardım edilməsə vəziyyət pis olacaq - Deputat

Aztəminatlı ailələrə yardım edilməsə vəziyyət pis olacaq - Deputat
22.08.2022 16:49
Bahalaşma səbəbindən aztəminatlı ailələrə yardım edilməlidir. Əgər yardım edilməsə, vəziyyət çətin olacaq. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Son günlər unun və çörəyin bahalaşması ilə bağlı əhalinin narazılığına münasibət bildirən deputat Azərbaycanın taxılı əsasən Ukrayna, Rusiya, Qazaxstan və başqa ölkələrdən aldığını xatırladıb.

"Onların vəziyyətinin müharibə ilə əlaqədar gərgin olması səbəbilə taxılın bir tonunun qiyməti 365 dollara qaldırılıb. Buna görə də istehsalçılar belə qərara gəlirlər ki, çörəyin qiymətini artırsınlar. Unun və digər qida məhsullarının qiymətlərinin qalxması dünyada ümumi problemə çevirilib. Təkcə Azərbaycanda belə deyil, bütün dünyada qiymət artımı hiss olunur. Məsələn, Avropda hazırda 11-12 faiz inflyasiya gedir, bu rəqəm bizdə bir qədər çoxdur. Bu da bizim idxalımızın çoxluğundan irəli gəlir. Əlbəttə, çörək strateji qida məhsuludur. Əsasən rayonda, insanların sıx olduğu yerlərdə ondan çox istifadə olunur. Çörək əhalinin birbaşa büdcəsi ilə əlaqədardır. Ona görə də, aztəminatlı ailələr, pensiyaçılar və kifayət qədər vəsaitləri olmayan insanlar nəzərə alınmalıdır. Onlara yardımlar edilməlidir. Əgər yardım edilməsə, vəziyyət çətin olacaq. İnsanların ailə büdcəsində problemlər yarana bilər. Təklif edirəm ki, sosial paket şəklində bu məsələlərə baxılsın. Mən bunu hamıya şamil etmirəm. Ancaq aztəminatlı ailələrə, o cümlədən pensiyası aşağı olan insanlara müəyyən qədər yardımlar edilməlidir ki, qiymət artımı ilə bağlı problem yaşamasınlar. Yay fəsli ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulları, meyvələr kifayət qədərdir. Buna baxmayaraq, onların da qiyməti yüksəkdir. Faktiki olaraq bütün qida məhsullarının qiyməti artıb. Hesablamaq lazımdır ki, bir insanın dolanması, bir ailənin saxlanması üçün nə qədər artıma gedilməlidir. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır və baxılacaq", - o deyib.

Maaş və pensiyaların yenidən artırılması barədə təkliflərə gəlincə, Əhmədov deyib ki, büdcəyə baxılanda müəyyən artımlar olmuşdu.
 
"Biz büdcəyə yenidən baxdıq. Müəyyən qədər artımlar oldu. O cümlədən, ərzaqla bağlı 193 milyon manat əlavə  vəsait ayırdıq ki, taxılın gətirilməsi, qapalı məkanların, xüsusilə də Müdafiə Nazirliyi və digər qurumların ərzaqla bağlı problemləri olmasın. Dövlət büdcəsindən artıq vəsait bölünüb. Ancaq ehtiyyat fondları var. Ondan istifadə etmək olar. Əgər belə qiymət artımları varsa, xüsusi aztəminatlı ailələr, pensiyaçılar, şəhid ailələri maddi yardımla təmin olunmalıdır. Elə insanlar var ki, 350-400 manat penisya alır. Problemi var. Ümumiyyətlə, elə etmək lazımdır ki, çörəklə bağlı problem olmasın. İnsanlar çörək almaqla bağlı problemlə üzləşməsinlər”.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol