• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb

Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb
26.08.2022 12:23
Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb, bunu ekologiya və təbii sərvətlər  (ETSN) nazirinin müavini Firdovsi Əliyev bu ilin avqustunda Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Proqram ETSN tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) Azərbaycandakı nümayənəliyinin texniki dəstəyi ilə hazırlanıb. 

2022-2030-cu illəri əhatə edəcək proqram müvafiq qurumlarla razılaşdırması üçün aidiyyatı üzrə təqdim edilib.
 
2019-cu ildə Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.  
 
Milli Meşə Proqramının hazırlanmasında əsas məqsəd meşələrin idarə edilməsi üzrə institutsional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini reallaşdırmaqdan ibarətdir.
 
Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. 
 
Azərbaycanın coğrafi ərazisinin meşə fonduna ayrılan hissəsinin 95 %-i dağlıq ərazilərdə yerləşir. Bunun da 49 %-i Böyük Qafqaz, 34 %-i Kiçik Qafqaz dağları, təxminən 14-15 %-i Talış dağları və yerdə qalan 5 %-i isə Aran rayonlarının payına düşür.
 

Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol