• $
  • €
  • ₽
  • ₺
  • £

10 gündür ki, Əli Əliyevdən xəbər yoxdur

10 gündür ki, Əli Əliyevdən xəbər yoxdur
30.08.2022 16:03
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin ailəsi və vəkili 10 gündür ki, onunla əlaqə saxlaya bilmir.   Bu barədə "Toplum TV"-yə onun müavini Zaur Qasımov məlumat verib.  
 
Qasımovun dediyinə görə, sonuncu dəfə ailəsi onunla avqustun 21-də görüşə biliblər.

"Ondan sonra heç zəng də olmayıb. Əvvəllər həftədə 1-2 dəfə zənglə danışa bilirdilər. Ailəsi bazar günü görüşə getmişdi, ona da icazə vermədilər", - o deyib.
 
Zaur Qasımov bildirib ki, təcridxana əməkdaşları görüşə icazə verməməklərini içəridə dezinfeksiya işlərinin getməsilə əlaqələndirib.

"Dedilər ki, 3 gün dezinfeksiya işləri gedəcək. Harada görülüb ki, bir yer 3 gün dezinfeksiya edilsin? Soruşduq ki, bəs zənglərə niyə icazə verilmir? Dedilər ki, xətlərdə problem var. Lakin biz bilirik ki, digər məhbuslar ailələri ilə əlaqə saxlaya bilirlər", - Zaur Qasımov deyib.
 
Qasımov söyləyir ki, bu gün Əli  Əliyevin vəkilinə də onu görməyə icazə verməyiblər.


 "Vəkilinə deyiblər ki, ali məhkəmədən sənəd gətirməlisiniz. Halbuki bu artıq təsdiq olunmuş bir məlumatdır. Vəkil indiyədək üç məhkəmədən sənəd təqdim edib", - o bildirib.
 
Əli Əliyevin müavini bunun partiya sədrinə qarşı növbəti təzyiq olduğunu hesab edir.
 
"Günlərdir xəbər ala bilmirik, narahatıq. Biz bilirik ki, onu həbsxanada sıxırlar", - o deyib.
  
Qasımov artıq Ombudsman Aparatı və BMT-nin Bakı ofisinə müraciət etdiklərini bildirib.  
 
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov deyib ki, görüşlər və telefon danışıqlarının təqdim olunması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir və bununla bağlı heç bir problem yoxdur: "Təqsirləndirilən şəxsə təzyiqlərin edilməsi iddiası isə həqiqətəuyğun olmayan informasiyadır".  
 
 
VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir. 
 
O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib. 
 
Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır. 
 
Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. 
 
Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.(toplum tv)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol