• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda əmək təhlükəsizliyi qaydalarını pozan müəssisə kimə məxsusdur? - ARAŞDIRMA/VIDEO

Bakıda əmək təhlükəsizliyi qaydalarını  pozan müəssisə kimə məxsusdur?  - ARAŞDIRMA/VIDEO
02.09.2022 18:04
Bakının metaləritmə zavodlarından birində işçilərin təhlükəli iş şəraitində işləməsini əks etdirən video yayılıb. Həmin videonu jurnalist İlkin Muradov öz sosial hesabında paylaşıb. 

O bildirib ki, zavodda günü 30 manata işləyən şəxslərdən biri dostu olub. Lakin o, jurnalist dostunu orada işləmək fikrindən daşındırıb.

Videodan da görünür ki, metaləritmə fəaliyyəti ilə məşğul olan bu zavodda işçilərin heç birnini xüsusi geyim forması yoxdur, onlar təhlükəli iş şəraitində çalışır,  heç bir  təhlükəsizlik normasına riayət olunmur. 
 
Kadrların çəkildiyi zavoddakı şəraiti öz gözlərimizlə görmək üçün Keşlə qəsəbəsinə getdik. Ərazidə bir neçə zavod fəaliyyət göstərir. Axtara-axtara adı çəkilən zavodu tapdıq. 

Ondan başlayaq ki,  zavod binasının divarına onun adı yazılan lövhə vurulmayıb.  Zavodun adı ilə bağlı çöl qapısında nə yazı lövhəsini görmədik, nə də zavodda çalışan mühafizəçi hansı zavodda çalışdığını bizə deyə bilmədi.
 
 



Özümüzü təqdim edəndən sonra bildirdik ki, biz bu zavodla bağlı yayılan  görüntülərə aydınlıq gətirmək üçün bura gəlmişik. Mühafizəçi məlumat verib getdikdən sonra orta yaşlı özünü Qılman Həsənsoxdiyev kimi təqdim edən bir adam çox aqressiv şəkildə yaxınlaşaraq bildirdi ki, bizi içəri buraxmayacaqlar və bizə heç bir məlumat vermək məcburiyyətində deyillər. Cənab Həsənsoxdiyevdən zavodun rəhbər və səlahiyyətli şəxslərindən kiminləsə görüşmək  istəyimizə isə  zavod təmsilçisi etiraz edərək oradan getməyimizi tələb etdi. 
 
Bəs görəsən nə üçün insanların əmək şəraitinin normativlərə uyğun olub olmamasına cavabdeh olan Dövlət Əmək Müfəttişliyi Xidməti məsələni araşdırmır?
 
Dövlət Əmək Müfəttişliyindən bildirilib ki, KİV və sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılacaq.
 
Qurumun sözçüsü Aynur Osmanovanın sözlərinə görə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-nə kimi dayandırıldığından DƏMX yerlərdə yoxlamalar həyata keçirmir.
 
Müraciətlər "Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul edilir və araşdırılır. Müraciətlər əsasında inzibati xəta tərkibi müəyyən edildikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilir.

İki mənbədən aldığımız məlumata görə sözügedən zavod Mərkəzi Bankın İdarə Heyətinin sabiq rəhbəri Elman Rüstəmovun xalası oğlu Talıb Quliyevə məxsusdur. 

Azərbaycan mediasında 2022-ci ilin aprelində sözügedən şəxsin yəni Talıb Quliyevin həbs olunmasına dair xəbərlər dərc edib. Lakin xəbərləri oxuyanda görünür ki, KİV təmsilçiləri bu xəbəri hər hansı mənbələrə istinadən əldə ediblər. Talıb Quliyevin həbs xəbərini tədiq edən rəsmi xəbər qarşımıza çıxmadı. 
 
Məsələ ilə Baş Prokurorluğa müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı  Aynur Əfəndiyeva  bildirdi ki, onlarda belə həbslə bağlı məlumat yoxdur. 
 
Eyni cavabı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də bildirdi. 
 
Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti ilə isə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.  


<
 
 
Anews araşdırma qrupu
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol