Azərbaycan Ordusunun hərbi maşınları atəşə tutuldu -RƏSMİ

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsini atəşə tutub.
Bildirilib ki, nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.
Hərbi qulluqçularımız arasında itki yoxdur.
www.anews.az
Son xəbərlər 
Daha çox 























