• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı məhkəməyə aparılıb - YENİLƏNİB

Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı məhkəməyə aparılıb - YENİLƏNİB
10.09.2022 23:42
23.39
_______
 
Xural TV internet telekanalının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Binəqədi  rayon məhkəməsinə aparılıb. 


Əvəz Zeynallının vəkili Aqil Lahıc jurnalistlərə bildirib ki, Əvəz Zeynallı Cinayət məcəlləsinin byük miqdarda rüşvət almanı nəzərdə tutan 311.3.3maddəsi ilə ittiham olunur. Buna görə o 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.  

Vəkil Elçin Sadiqov da eyni maddə ilə ittiham olunur. Bu barədə onun vəkili Şəhla Hümbətova jurnalistlərə məlumat verib.
 
 
22.40
________
 
Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində dindirilir və bir azdan Binəqədi rayon məhkəməsinə aparılacaq. Bunu onun vəkili Aqil Lahıc Baş prokurorluğun İstintaq İdarəsinin qarşısında  jurnalistlərə bildirib.
 
"Əvəz Zeynallı barəsində istintaq dövrü üçün həbs qəti imkan tədbiri seçilməsi üçün ir azdan  Binəqədi rayon məhkəməsinə aparılacaq", - vəkil bildirib.

 
20.16
___________ 
Vəkil Elçin Sadıqov ofisində aparılan axtarışdan sonra Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb. Vəkil jurnalistlərə çıxışda bildirib ki, onu dindirməyə və protokol tərtib etmək üçün idarəyə aparırlar. 

Bu barədə sosial şəbəkədə yayımlanan videolarda məlumat verilir. 

Vəkil Elçin Sadıqovun  evində də axtarış aparılıb. Bu barədə onun xanımı Zibeydə Zəkəriyyəyeva məlumat verib. 
 
"Elçini Cinayət məcəlləsinin 311.3.3 maddərsi ilə ittiham edirlər. Evimizdə axtarış aparılıb. Mənə həyat yoldaşımın həbsi və ya saxlanılması barədə məlumat verilməyib", - Zəkəriyyəyeva vurğulayıb.  
 

 

 
________________ 
16:38

Baş prokurorluq əməkdaşları Baku Steel Company-nin hazırda həbsdə olan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun evində və ofisində axtarış aparır.

Bu barədə Elçin Sadıqov sosial şəbəkə hesabında özü bildirib. 

Bu gün "Xural TV”nin rəhbəri Əvəz Zeynallı da Baş Prokurorluq əməkdaşları tərəfindən Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.  Onun  Rasim Məmmədovun ailəsindən  20 min manat pul  aldığı barədə iddia bir sıra yerli media orqanlarında yer alıb . Bundan sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
 
KİV-də gedən məlumata görə,  Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya  onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq bu təhqirləri dayandırmayıb. Rasim Məmmədovun vəkili  Elçin Sadıqov  Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib. 
 
Vəkilin sözlərinə görə, bütün bu iddialar sentyabrın 5-də  Rasim Məmmədovun məhkəməsində Prezident Adminsrasiyasının sabiq Aparat rəhbəri Ramiz Mehdiyevi şahid qismində məhkəməyə çağırmaq tələbini qoyandan sonra ortaya atılıb. 
 
Ramiz Mehdiyev özü isə Unikal.org saytına verdiyi açıqlamada  onun deməyə sözü olmadığını bildirib. 
 
"Mənim deməyə sözüm yoxdur. Qoy nə istəyirlər desinlər. Mən özüm özümü yaxşı tanıyıram. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs öz elədiyinə görə cavab verməlidir", - Mehdiyev deyib. 
 
"Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (külli miqdarda ziyan vurmaqladələduzluq törətmə) və 179.4-cü (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol