• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah iş yerini dəyişən müəllimlərin sertifikasiya imtahanı keçiriləcək

Sabah iş yerini dəyişən müəllimlərin sertifikasiya imtahanı keçiriləcək
12.09.2022 20:05
Sentyabrın 13-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyindən  verilən məlumata görə, imtahan Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Mövcud qaydalara əsasən, ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifkatlaşdırma prosesindən azaddırlar. Elm və Təhsil Nazirliyinə əvvəlki illərdə ümumi təhsil müəssisələrinə işə qəbul olunub, 5 ildən çox pedaqoji stajı olan, son 5 il ərzində işə qəbul imtahanı vasitəsilə iş yerini dəyişən müəllimlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sözügedən kateqoriyadan olan təhsilverənlərin məlumatları təhlil edilib.Təhlillər nəticəsində 260 nəfər təhsilverən müəyyənləşdirilib, həmin şəxslərin səhifələrinə imtahan barədə məlumat göndərilib.

Məqsəd Nazirlər Kabinetinin müvafiq qərarı ilə sertifikatlaşdırma nəticələrinə əsasən, təhsilverənlərin vəzifə maaşına ediləcək əlavələrdən təhsilverənlərin yararlanmasına şərait yaratmaqdır.

13 sentyabrda test imtahanında iştirak edə bilməyən şəxslər oktyabrın 15-də təşkil ediləcək imtahana qatıla bilərlər. Bu halda təhsilverənlərin vəzifə maaşına əlavə sertifikatlaşdırmadan keçdiyi dövrdən etibarən veriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol