• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarderin 150 milyonluq şirkətini məhkəməyə verdilər

Azərbaycanlı milyarderin 150 milyonluq şirkətini məhkəməyə verdilər
16.09.2022 15:21
Rusiyada yaşayan tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Teymur Əhmədov adına "Aznar” QSC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

"Aznar” QSC-yə qarşı məhkəmə iddiası "Xəzər İnşaat Şirkəti” MMC tərəfindən qaldırılıb.

Məhkəmə iddiası bu gün 16.09.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmə iddiası öhdəliklər üzrə mübahisələrlə bağlı qaldırılıb.

Məlumat üçün bildirək ki, "Xəzər İnşaat Şirkəti” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Azərbaycanın yük qaldırıcı və anbar avadanlıqlarının satışı, icarəsi və servisi sahəsində xidmət göstərən ən iri və aparıcı şirkətlərindəndir.

Teymur Əhmədov adına "Aznar” QSC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 mlyon 987 min 312 manat olan QSC-nin qanuni təmsilçisi isə Teymur Fərəc oğlu Əhmədovdur.

Onu da bildirək ki, "Forbes” nəşrinə görə hazırda 1,7 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol