• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta arayış verən şirkət direktoruna hökm oxunub

Saxta arayış verən şirkət direktoruna hökm oxunub
19.09.2022 15:49
Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və hökm oxunub. Hökmə əsasən, Orxan Ələkbərov 9 il azadlıqdan məhrum edilib. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Ötən ilin aprelində  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən "Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Orxan Ələkbərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol