Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq. Bununla bağlı "Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, "Qrant haqqında” Azərbaycan Respublikası qanununda 3-cü maddənin yeni 2-2-ci hissəsində qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
www.anews.az
























