• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda təhsil alan əcnəbilərin son 5 ildəki statistikası açıqlanıb

Azərbaycanda təhsil alan əcnəbilərin son 5 ildəki statistikası açıqlanıb
23.09.2022 11:57
Azərbaycanda təhsil alan əcnəbilərin 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449 nəfər olub. Bu barədə  Elm və Təhsil Nazirliyinin rəsmi saytında bildirilib. 
 
Ötən 2021-2022-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 102 ölkədən 7332 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.
 
Dövlət hesabına təhsil alması üçün əcnəbi vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib. Belə ki, ölkə Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş təhsil qrantı proqramları çərçivəsində 20 nəfər İslam Əməkdaşlıq Təşkilatı və 20 nəfər Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşı, həmçinin hökumətlərarası saziş çərçivəsində təhsil alması üçün 41 nəfər Çin, 1 nəfər Tacikistan, 5 nəfər Qazaxıstan vətəndaşının müraciəti dəyərləndirilib. Yaxın günlərdə həmin əcnəbi tələbələrin tədrisə başlaması gözlənilir;
 
Azərbaycan da  təhsil alan əcnəbilərin vətəndaşlıqları sırasında ilk onluqda Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin yer alıb. Əcnəbi tələbələrin ən çox təhsil aldığı yerli ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, ADA Universitetidir.
 
2022-ci il yanvarın 1-i ölkədə fəaliyyət göstərən 1692 dövlət və 133 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 127 min uşaq tərbiyə alır. 2021/2022-ci tədris ilinin əvvəlinə ölkənin 4394 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.

Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 20 faiz olub.

2021/2022-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 63,9 min nəfər olan 115 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib. 2021-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,4 min nəfər məzundan 82,8 min nəfəri və ya 99,3 faizi tam orta təhsil haqqında attestat alıb.

2021/2022-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 63,1 min tələbə təhsil alıb, onların 61,6 faizini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 11 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 212,2 min nəfər olub ki, onların da 49,3 faizini qadınlar təşkil edib.

2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
 
Cari tədris ilində 51 600 şəxs bakalavr, 11 min nəfər magistr adını qazanıb., 30 min şəxs isə kollecə qəbul olaraq tələbə olub.
 
Aytac Zeynalova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol