• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla sülh müqaviləsinin imzalanmasına inanan necə respondent var? - SORĞU

Ermənistanla sülh müqaviləsinin imzalanmasına inanan necə respondent var? - SORĞU
26.09.2022 14:22
Azərbaycanda 23.6% insan Ermənistanla sülh müqaviləsini dəstəkləmədiyini bildirib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi "Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alan ictimai rəy sorğusunda məlumat verilib.
  
Respondentlərin bir hissəsi (71.2%) Azərbaycanla Ermənistan arasında  sülh müqaviləsinin imzalanmasını (müvafiq olaraq tam dəstəkləyirəm  - 50.2%, əsasən dəstəkləyirəm 21%) dəstəklədiyini ifadə edib.
 
Ermənistanla sülh müqaviləsinin imzalanmasını respondentlərin 2,6%-i əsasən, 23,6%-i heç dəstəkləmədiyini bildirib. Cəmi 2.6% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib. Ali təhsilli respondentlərin 78.3%-i ,orta orta təhsillilərin 67.3%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ümumilikdə dəstəkləyib.

Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyən 71.2% respondentin 86.9%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanır.

Sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyənlərin 68.9%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür.
 
Sorğu  Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib.

Sorğuda respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib.
 
Keçirilən rəy sorğusunda ümumilikdə 385 respondent iştirak edib.
 
Respondentlərin 50,7%-i kişi, 49,3%-i qadındır. İştirakçılarının 39,7%-i kənd, 18,7%-i qəsəbə və 41,6%-i şəhər ərazi vahidlərində yaşayır. Onlardan 6,8%-i 18-25, 19%-i 26-35, 16,4%-i 36-45, 20%-i 46-55, 23,8%-i 56-65, 14%-i 66 və yuxarı yaş qrupuna aiddir.

Təhsil səviyyəsi üzrə, 49,8%-i orta, 20,3%-i texniki və ya peşə, 29,9%-i ali təhsillidir.

Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Sorğu 2022-ci ilin sentyabrın 15-dən 19-dək olan dövrdə keçirilib. Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub.
 
Həmçinin ictimai rəy sorğusu çərçivəsində respondentlərə "Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatın əhəmiyyətini nələrdə görürsünüz?” sualı ünvanlanıb.
 
Nəticələrə əsasən sorğuda iştirak edənkərin mühüm hissəsi - 44.4%-i Azərbaycan-Ermənistan sərhədində 13 sentyabr tarixli hərbi əməliyyatı Ermənistanın dövlət sərhədində hərbi təxribatlarına qarşı cavab olması baxımından əhəmiyyətli hesab edib.
 
Təqribən hər üç respondentdən biri (30.9%) Azərbaycanın Ermənistanı sülhə məcbur etdiyi qənaətini bölüşüb.
 
Respondentlərin 25.7%-i Azərbaycanın "Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanla sərhəd boyu yüksəklikləri götürərək öz mövqeyini və nəzarətini gücləndirdiyini, 23.6%-i Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizi barədə öhdəlikləri icra etməyə məcbur etdiyini bildirib.
 
Respondentlərin 15.8%-i hərbi əməliyyatların Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsini sürətləndirdiyini ifadə edib, 12.5%-i "Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib. Respondentlərin 7.3%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.
 
Sorğuda iştirak edənlərin böyük hissəsi, yəni 85,0%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Rəyi öyrənilənlərin az hissəsi (9.5%) isə hərbi əməliyyatların davam etdirilməsini istəmədiyini bildirib. Respondentlərin 5.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Hərbi əməliyyatların davam etməsi mövqeyini kənd ərazi vahidlərində yaşayanlar (76.5%) digər yaşayış yerləri üzrə olan respondentlərlə müqayisədə (qəsəbə və şəhər üzrə müvafiq olaraq 63.9% və 66.9%) daha çox istəyib.

 
Gülnar 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol