• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qurum 8 ayda büdcəyə 55 milyon manat vəsait köçürüb

Bu qurum 8 ayda büdcəyə 55 milyon manat vəsait köçürüb
26.09.2022 15:40
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2022-ci il yanvar-avqustunda dövlət büdcəsinə 55 milyon manat vəsait köçürüb. Bu barədə ƏMDX məlumat yayıb.

Qurumun məlumatına görə, 2022-ci ilin yanvar-avqustu ərzində 45 hərrac keçirib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib.
 
"Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-avqustu ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib. Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub. Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqustu ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, bu ilin 8 ayı ərzində ümumilikdə 2.847 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2.261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,8 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib", - məlumatda deyilir.
 
Ləman


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol