İranda azərbaycanlı zəvvarlar qəzaya düşüb, ağır yaralılar var

İranın Ərdəbil vilayətində qəza keçirən azərbaycanlı zəvvarların Kərbəla ziyarətindən döndükləri məlum olub.APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan açıqlama verib. Onun sözlərinə görə, avtobusda 42 sərnişin olub: “Onlar dərhal avtobusdan çıxarılıblar. Yüngül xəsarət alan 37 nəfər yerindəcə ambulator müayinə olunub. Vəziyyəti ağır olan 4 nəfər xəstəxanaya yerləşdirilib”. Qeyd edək ki, azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də Azərbaycan vətəndaşları ziyarətdən qayıdarkən baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 3 azərbaycanlı zəvvarın ağır bədən xəsarəti aldığı, onların təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırıldığı və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların hələlik ad və soyadları açıqlanmayıb.ANN.Az
Son xəbərlər 
Daha çox 























