• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən ovçulara ÇAĞIRIŞ

Nazirlikdən ovçulara ÇAĞIRIŞ
04.10.2022 18:30
Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarix hər il oktyabrın 4-də qeyd olunsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən il boyu mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirilir.
 
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu tədbirlərə misal olaraq zubrların, ceyranların reintroduksiya edilərək Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi və populyasiyalarının artırılması istiqamətində həyata keçirilən layihələri, həmçinin brakonyerliyə qarşı görülən mübarizə tədbirlərini göstərmək olar.
 
"Təəssüf ki, bəzən brakonyerlik hallarına da rast gəlirik. Bu sahədə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları, həm də hüquq-mühafizə orqanları tərəfindən mütəmadi reydlər keçirməklə qayda pozanlara qarşı müvafiq tədbirlər görülür”, - o deyib.
 
Xidmət rəsmisi hər kəsi, xüsusilə də ovçuluq fəaliyyəti ilə məşğul olan vətəndaşları, əcnəbiləri ov qaydalarına qarşı laqeyd münasibətlərini dəyişməyə, ümumiyyətlə təbiətin mühafizəsinə biganə qalmamağa, o cümlədən ovçu məsuliyyətinə əməl etməyə çağırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol