• $
  • €
  • ₽
  • ₺
  • £

Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin şikayətini təmin etməyib
10.10.2022 15:14
Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Elçin Məmmədin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina haqqında şikayətini təmin etməyib. Bu barədə onun anası Rahilə Məmmədli bildirib.

"Elçin məhkəmədə çıxış edib və ittihamların saxtalaşdırıldığını bildirib. Sumqayıtda Elçinin ofisinin qarşısında şəhər təhlükəsizliyi videomüşahidə kamerası quraşdırılıb. Bu kameranın görüntülərinə baxılsa, gecə vaxtı kənar şəxslərin onun ofisinə girdiyi, güllə və "zərərçəkmişin" zinət əşyalarını qoyduğu aydın olacaq. Ofisin sahibi də onda ofisin başqa açarı olduğunu etiraf edib. Oğlumu sübutsuz mühakimə ediblər," Rahilə Məmmədova bildirib.

Onun sözlərinə görə, prokuror onun oğlunu "əməlindən peşman olmadığına" görə qınayıb.

"Oğlum törətmədiyi cinayəti heç vaxt etiraf etməyəcəyini deyib. Məhkəmə nəinki oğlumun təqsirsiz olduğunu, hətta mənim - onkoloji xəstəliyi olan yaşlı anasının, yetkinlik yaşına çatmayan iki övladının onun himayəsində olduğunu da nəzərə almayıb. Elçin özü də xroniki xəstəliklərdən əziyyət çəkir," ana qeyd edib.

O, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib.

Məmmədin ittiham oldunduğu müdəanın inzibati cəzası olmamasına baxmayaraq, bundan əvvəl cəzasının 1/3-ni çəkməsi ilə əlaqədar onun cəzasının yüngülləşdirilməsindən də imtina olunub.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin rəhbəri və "Yüksəliş Naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs olunub. Elə həmin il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi onu "oğurluq" və "qanunsuz döyüş sursatı və silah saxlamaq"da təqsirli bilərək 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol