• $
  • €
  • ₽
  • ₺
  • £

Polis maşınını yandırmaq istədi - HƏBS OLUNDU

Polis maşınını yandırmaq istədi - HƏBS OLUNDU
15.10.2022 14:38
Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib.
 
Hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən hotellərdən birinin qarşısında baş verib. Belə ki, "Saipa” markalı avtomobilin sürücüsü yolda "ziqzaqvari" hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb.
 
İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildirib.
 
Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürüb. Benzini onların və xidməti polis avtomobilinin üzərinə töküb yandırmaqla hədələyib. Polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib.
 
Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.(Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol