Mingəçevirdə QƏZA: 2 qadın öldü

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib.
Araşdırma aparılır.
www.anews.az
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində "Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, "VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub.
Araşdırma aparılır.
www.anews.az
























