• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən Bakıda adı qalmaqalda hallanan rəislə bağlı açıqlama

DİN-dən Bakıda adı qalmaqalda hallanan rəislə bağlı açıqlama
11.04.2014 14:54
Son günlər mətbuatda Bakının Nəsimi rayon Polis İdarəsi Musa Musayevin nəzarətində olduğu ərazidə gecə klubu işlətməsi barədə məlumatlar dərc olunmaqdadır. Məlumatlarda bildirilir ki, həmin gecə klubunda vətəndaşları aldadıb pullarını alırlar. Hətta həmin kafedə əxlaqsız qadınların da işlədiyi bildirilir.Paytaxt sakinlərindən biri “Azadlıq” qəzetinə ünvanladığı şikayətində bildirib ki, həmin klubda təşkil olunmuş tələyə onun oğlu da düşüb.“Axşam saatlarında 16 yaşlı oğlum mənə zəng edərək həyəcanlı səslə bildirdi ki, 170 manat götür, dediyim ünvana gəl. Mən ondan nə baş verdiyini soruşdum, oğlum isə cavab verdi ki, artıq suallar vermə, dediyim ünvana gəlməyə tələs”, - deyə şikayətçi bildirib.Adının çəkilməməsini xahiş edən məktub müəllifi daha sonra yazır ki, oğlunun dediyi ünvan Nəsimi rayonu, Azadlıq prospekti 58v-də yerləşən “Bugatti” adlı gecə klubu olub: “Həmin gecə klubuna getdim. Bildirdim ki, filankəsin atasıyam. Məni bir otağa apardılar. Həmin otaqda 7 nəfər idmançı görkəmli şəxs var idi. Oğlum və dostu da orda idi. Oğlumun dostu qarın nahiyəsindən aldığı zərbədən ikiqat olmuşdu. Nə baş verdiyini soruşdum. Həmin idmançı görkəmli şəxslərdən nisbətən bəstəboy olan və özünü gecə klubunun sahibi kimi təqdim edən Səbuhi adlı biri mənə dedi ki, oğlunuz dostu ilə kluba gəlib. Sonra onlara 2 qız qoşulub. Həmin qızlar viski və ”Redbull" dəsgahı sifariş veriblər. Deyiblər ki, onları sizin oğlunuz və dostu qonaq edib. Onların sifarişinin qiyməti 170 manat edib. Amma oğlunuz bu pulu vermək istəməyib və ofisiantla aralarında insident yaranıb. Nəticədə mənim adamlarım oğlunuza və dostuna güc tətbiq məcburiyyətində qalıb. Mən oğlumla da danışdım. Lakin o bildirdi ki, həmin qızları tanımırlar. O qızlar əvvəldən gecə klubunda olublar və yalnız onların deyil, başqalarının da masasına oturublar. Anladım ki, bütün bunlar sadəcə tələdir. Səbuhiyə dedim ki, sizin etdiyiniz cinayətdir. Əvvəla, azyaşlını gecə klubuna buraxmağı sizə kim icazə verib? Ikincisi, oğlum hətta nəsə sifariş verib onun pulunu ödəməkdən imtina etmişdisə belə, siz polisə müraciət etməli idiniz. Amma siz cinayətə yol verərək onu öz bildiyiniz kimi mühakimə etmisiniz. Bildirdim ki, sizdən polisə şikayət edəcəm. Lakin həmin Səbuhi adlı şəxs dedi ki, nə polisdən, nə Daxili Işlər Nazirliyindən qorxmur, onları heç saya salmır. Çünki onu Musa Musayev adlı güclü şəxs himayə edir. Sonra onlardan biri mənə dedi ki, yaxşısı budur, Səbuhini hirsləndirmə, yoxsa sənin üçün daha pis olar. Hesabın yarısını ödə problem həll olunsun. Beləliklə, məndən 80 manat alandan sonra oğlumu və dostunu buraxdılar".Məktub müəllifi deyir ki, gecə klubundan çıxandan sonra yaxınlıqda olan 22-ci polis bölməsinə gedib: “Başımıza gələnləri danışdım, ərizə yazdım. Lakin heç bir nəticəsi yoxdur. Sonradan mənə bəlli oldu ki, Səbuhinin dediyi Musa Musayev adlı şəxs Nəsimi Rayon Polis Idarəsinin rəisidir. Gördüm ki, ərizəmin heç bir nəticəsi olmadı qərara aldım ki, məsələni ictimailəşdirim”.Məsələ ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsilə əlaqə saxladıq. Növbətçi hissədən ANS PRESS-ə bildirdilər ki, idarə rəisi Musa Musayev işdə deyil: “Musa Musayev idarə rəisidir. Gəlin onun qəbuluna düşün. Vaxtı olsa sizi qəbul edər. İstəməsə hansısa köməkçisinə deyər ki, sizi qəbul etsin”, - deyə idarənin növbətçi hissəsindən bildirilib.Nəsimi rayon Polis İdarəsinin ünvanlanan ittihamlarla əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında yayılan xəbərlərin hamısı yanlışdır. Onun sözlərinə görə, saytlar deyilənləri dəqiqləşdirmədən yayımlamamalıdırlar.“Musa Musayev polis polkovnikidir. Nəsimi rayon Polis İdarəsinin rəisidir. Musa müəllim özü də yaxşı bilir ki, polislər şəxsi bizneslə məşğul ola bilməzlər. Musa Musayev barədə deyilənlərin hamısı uydurmadır. O, uzun müddətdir polis orqanlarında çalışır və çox məsuliyyətli adamdır. Onun barəsində yazılanlar şər, böhtan və iftiradan başqa bir şey deyil”, - deyə Ehsan Zahidov bildirib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol