• $
  • €
  • ₽
  • ₺
  • £

110 milyon dollarlıq əsərə kartof püresi atdılar - VİDEO

110 milyon dollarlıq əsərə kartof püresi atdılar - VİDEO
24.10.2022 11:42
Almaniyanın Potsdam şəhərindəki muzeydə eko-aktivistlər Klod Monenin "Les Mueles" silsiləsindəki 110 milyon dollarlıq əsərlərindən birinə kartof püresi atıblar.
Bu barədə "Letzte Generation” ekoloji təşkilatının mətbuat xidməti öz "Twitter” səhifəsində məlumat yayıb.

Hadisə oktyabrın 23-də günorta Barberini Muzeyində baş verib. Belə ki, parlaq jiletlər geyinmiş iki fəal müəssisəyə daxil olaraq sənət əsərinə kartof püresi atıblar.
 
Daha sonra isə əllərini yerə yapışdırıblar.

Təşkilat nümayəndəsinin sözlərinə görə, bu hərəkət Monenin yaradıcılığını səhnəyə, ziyarətçiləri isə tamaşaçıya çevirib. Onlar, bununla qlobal istiləşməyə və mədənçıxarma sənayesinin prosesə verdiyi təkana diqqət çəkmək istədiklərini bildiriblər.

Brandenburq Polis Departamentinin sözçüsü Mario Heinemann bildirib ki, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb və barələrində mülkə müdaxilə və ziyan vurmaq ittihamı ilə istintaq başladılıb.

Barberini Muzeyindən verilən açıqlamada, şüşə ilə örtüldüyü üçün tablonun zədələnmədiyi və oktyabrın 26-da yenidən sərgilənəcəyi bildirilib.
 

 
 
Aytac 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol