• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 23.6% insan ölkənin ictimai-siyasi həyatı ilə maraqlanmır - Sorğu

Azərbaycanda 23.6% insan ölkənin ictimai-siyasi həyatı ilə maraqlanmır - Sorğu
24.10.2022 11:44
Azərbaycanda 23,6%-i vətəndaş ölkənin ictimai-siyasi həyatı ilə maraqlanmır. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı hesabatda bildirilib.

Nəticələrə görə insanların 16,9% ölkənin ictimai-siyasi həyatı ilə çox maraqlanır, 59,5%-i müəyyən dərəcədə maraqlanır, 23,6%-i ümumiyyətlə maraqlanmadığını bildirir.

İctimai-siyasi həyata maraq onların gender, təhsil və yaş qrupları üzrə fərqlənir.

Orta təhsilə malik hər üç nəfərdən biri siyasi məsələlərlə ümumiyyətlə maraqlanmır.
 
Sorğuda iştirak edən 44,7% insan özünü milliyyətçi yönümlü partiyalara yaxın hiss edir.
 
Milliyyətçi partiyalara yaxın hiss edənlərin 29%-i, dini partiyalara yaxın hiss edənlərin 38%-i, liberal partiyalara yaxın hiss edənlərin 21%-i yaşı 35-ə qədər olan respondentlərdir.

Rəy sorğusu 1071 nəfər arasında, 47 inzibati rayon və şəhərdə keçirilib.

 
Hazırda Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilir. 
 
Gülnar  Nazimqızı 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol