• $
  • €
  • ₽
  • ₺
  • £

69.5% insan ölkədə siyasi partiyaların yaranmasına ehtiyac olmadığını bildirir

69.5% insan ölkədə siyasi partiyaların yaranmasına ehtiyac olmadığını bildirir
24.10.2022 11:52
Azərbaycanda 69.5% insan yeni siyasi partiyaların yaranmasına ehtiyac duymur. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı sorğunıun nəticələrində qeyd olunub.
 
20,6% yeni partiyaların yaranmasına ehtiyac olduğu mövqeyindədir.

18-25 yaş qrupunda olanların 37%-i yeni partiyaların yaradılmasının tərəfdarıdır.
 
Yaşı 65-dən yuxarı olan arasında bu mövqe cəmi 18%-dir.

Nəticələrə görə 39,7%-i ölkədə özünü görmək istədiyi bir siyasi partiyanın mövcud olduğunu, 54,9%-i mövcud olmadığını ifadə edib, 5,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Belə bir partiyanın olduğunu bildirənlərin əsas hissəsi bu istəyini partiya liderinə olan rəğbəti, partiyanın yaxın əhatəsində tanınması və bəyənilməsi, partiyanın ideologiya və proqramının ona yaxın olması ilə əlaqələndirib.

Belə bir partiyanın olmadığını bildirənlərin əsas hissəsi mövqeyini partiyalara olan etimadsızlığı, partiyaların baxışlarını bölüşməməsi və digər səbəblərlə əsaslandırıb.
 
Nəticələrə görə 33,6% seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması mövqeyindədir, 29,8% partiyaların seçkilərdə iştirak etməsini üzvlərinin siyasi iradəsi baxımından vacib hesab edir, 21,7% bu hüququn partiyaların öz sərəncamına buraxılmasını vacib sayır.

İctimai-siyasi məsələlər ilə çox maraqlandığını bildirənlərin 40%-i seçkilərdə iştirak etməyən partiyaların ləğv olunmasını, yaxud fəaliyyətinin dayandırılmasını ifadə edir. Seçkilərdə iştirak hüququnu partiyaların öz sərəncamında hesab edən hər üç nəfərdən biri siyasətlə ümumiyyətlə maraqlanmayanlardır.

Milli Məclis yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinə dəyişiklik edilməsi ilə bağlı hazırda dinləmələr keçirir. 
 
Gülnar Nazimqızı 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol