• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qeyri-adi toy - FOTO

Bakıda qeyri-adi toy - FOTO
11.04.2014 11:32
Bakıda qeyri-adi toy olub. Əslində toy məclisin sıradan düzənlənib, amma bəy və gəlin kürsüsündə əyləşənlər sıradan olmayıblar. ANS PRESS-in məlumarına görə, bəy kürsüsündə əlləri və ayaqları şikəst olan Əli Qasımov, gəlin kürsüsündə isə təmamilə sağlam, üstəlik də gözəl-göyçək Aynurə oturub. Bu isə o deməkdir ki, bu toydan sonra gəlin ömrünün sonuna qədər ərini əlləri üstündə daşıyacaq. Həm də sözün əsl mənasında.Aynurənin ilk evliliyi alınmayıb. Əli isə I qrup əlil olsa da 42 yaşında həyat onun üzünə gülüb. Aynurə ilə tanışlıq və sevgi ona yeni həyat bəxş edib. Əlləri və ayaqları şikəst olan Əli bundan sonra Aynurənin əlləri və ayaqları ilə yaşayacaq. Aynurə öz xoşu ilə Əlini özünə həyat yoldaşı seçdiyini deyir: "Vaxtilə ailə qursam da, bəxtim qara gətirmişdi. Bir də ayılıb gördüm ki, mənim ailəlik həyatımdan qazandığım yeganə şey-uşaqlarımdır. Ancaq qadın taleyim isə Əlinin cismi kimi şikəstdir. Onun cismən, özümün isə ruhən şikəst olmuş bir insan bilib taleyimizdəki doğmalığı boynuma aldım. Kim nə deyir desin, ər tapdağı altında əzilən qadın ruhən şikəst olmuş bir qadındır. Əli ilə dini nigahımız da tariximizin faciəvi təqvim günündə - Xocalı faciəsi günündə baş tutub. Toyumuzu Əlinin hacı dostları etmək istədi. Biz də etiraz etmədik. Bəli, bizim ikimizin də taleyində faciə öz qılıncını sıyırsa da, biz talelərimizi birləşdirməklə faciəni dəf etmək arzusundayıq. ""Axı toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı" deyib böyük şairimiz. Bizim bir-birimizə ehtiyacımız var. Əli yeyə bilmir, bir uşaq kimi ona çörəyi də öz əllərimlə yedizdirirəm. Mənim də onun məhəbbət dolu baxışlarına ehtiyacım var."ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol