• $
  • €
  • ₽
  • ₺
  • £

Abunəhaqqının artımı ilə bağlı - Nazirlikdən açıqlama

Abunəhaqqının artımı ilə bağlı - Nazirlikdən açıqlama
26.10.2022 17:52
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tarif Şurasının sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunəhaqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsinə dair qərarı ilə bağlı açıqlama yayıb.

"Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunəhaqqı və şəhərlərarası telefon danışıq tarifləri yenilənib

Azərbaycanda sözügedən xidmətlərlə bağlı mövcud tariflər 02.12.2013-cü il tarixində qüvvəyə minib və sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunəhaqqı əhali üçün 2,5 manat təşkil edib. Xidmət operatorlarının məlumatlarına əsasən hazırda bir abunəçiyə düşən xərc ƏDV daxil olmaqla 3,96 manat səviyyəsindədir.

Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunəhaqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunəhaqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.

Dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.


Ölkədə həm sabit şəbəkə abunəçilərinə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, həm də mövcud ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) telekommunikasiya avadanlıqlarının müasir GPON (Gigabit tutumlu passiv optik şəbəkə) və digər genişzolaqlı texnologiyalar ilə əvəz edilməsi məqsədilə kapital qoyuluşu nəzərdə tutulur. Bu layihənin 2021 – 2024-cü illər ərzində reallaşdırılması nəticəsində ölkə ərazisinin tamamilə genişzolaqlı şəbəkə ilə təchiz edilməsi sürətli internet və keyfiyyətli danışıq xidməti ilə bərabər, həm də digər xidmətləri paket şəklində təqdim etməyə imkan yaradacaq.


Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.


Qeyd olunanları nəzərə alaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və investisiya imkanlarının yaradılması məqsədilə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunəhaqqı və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinə yenidən baxılmasına zərurət yaranıb. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunəhaqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi məqsədəuyğun hesab edilib.


Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol