"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə oyunda zədələnən "Sabah"ın futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.
Paytaxt təmsilçisindən verilən məlumata görə, MRT müayinəsinin nəticəsinə əsasən, 22 yaşlı oyunçuda hər hansı qırıq aşkarlanmayıb.
Hazırda ukraynalı oyunçunun müalicəsi davam etdirilir. Kaşukun növbəti qarşılaşmaya kimi hazır olub-olmayacağı hələlik bəlli deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib























